Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.NEWS-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Paşayev saxlanılıb. Saxlanılan şəxsin rayonun Diyallı kəndində kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 246 kiloqrama yaxın olan 784 ədəd çətənə bitkisi və 12 kq 635 qr narkotik vasitə-qurudulmamış marixuana aşkar edilərək götürülüb.
E.Paşayev həmin narkotik tərkibli bitkiləri qurudandan sonra satmaq istədiyini etiraf edib.
Araşdırma zamanı E.Paşayevin bundan əlavə qonşusu, şəhər sakini Əlmurad Bəkirovla əlbir olaraq,
Diyallı kəndi ərazisində daha 481 ədəd çətənə bitkisi becərdikləri müəyyən olunub. Həmin çətənə kolları da kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
• Cəmiyyət
• Gündəm
• Bölgə
Narkotik becərən qonşular tutuldu

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
-
"ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir" - Pompeo
-
Türkiyədə koronavirusla bağlı son vəziyyət
-
İran Trampa və amerikalı məmurlara qarşı sanksiya tətbiq etdi
-
Çavuşoğlu iranlı həmkarı ilə telefonla danışdı
-
İnam Kərimov onlayn müşavirə keçirdi
-
Rusiya və Azərbaycan minaaxtaranları Qarabağda 210 mina zərərsizləşdirib - FOTOLAR
-
Bölgələrə qar, Bakıya sulu qar yağıb - FAKTİKİ HAVA
-
Almaniyada məhdudiyyətlər 14 fevraladək uzadıldı
-
“Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək” - Con Bolton
-
Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub
-
İsmayıllıda vaksinasiyaya start verildi