Bakının Xətai rayonunda, Ukrayna dairəsində inşa edilən yerüstü piyada keçidində tikinti işləri başa çatdırılıb.
Bu barədə BAKU.NEWS-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, hazırda keçiddə son tamamlanma işləri görülür: "Keçiddə işlər yekunlaşmaq üzrədir. Keçidin tikinti-quraşdırma işləri başa çatıb, ətraf ərazilərdə abadlaşdırma işləri aparılır. Yaxın vaxtlarda keçid istifadəyə veriləcək".
Xatırladaq ki, Ukrayna dairəsi üzərində inşa olunan iri yerüstü piyada keçidinin uzunluğu 76.50 metrdir. Keçidin daxili hündürlüyü 3.0 metr, keçidaltı qabariti 5.50 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Metal konstruksiyalı keçiddə 2 ədəd lift quraşdırılıb. Tikinti aliminium kompozit panel bəzək və şüşə örtükdən ibarətdir.
• İqtisadiyyat
• Gündəm
Bakıda yeni piyada keçidi açılır

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
"ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir" - Pompeo
-
Türkiyədə koronavirusla bağlı son vəziyyət
-
İran Trampa və amerikalı məmurlara qarşı sanksiya tətbiq etdi
-
Çavuşoğlu iranlı həmkarı ilə telefonla danışdı
-
İnam Kərimov onlayn müşavirə keçirdi
-
Rusiya və Azərbaycan minaaxtaranları Qarabağda 210 mina zərərsizləşdirib - FOTOLAR
-
Bölgələrə qar, Bakıya sulu qar yağıb - FAKTİKİ HAVA
-
Almaniyada məhdudiyyətlər 14 fevraladək uzadıldı
-
“Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək” - Con Bolton
-
Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub
-
İsmayıllıda vaksinasiyaya start verildi
-
"Lotu Quli"nin məzarı üstündə atışma olub - 1 nəfər ölüb