• Dünya • Səhiyyə • Gündəm

Almaniyada 8 489 nəfər koronavirusdan öldü

228
30-05-2020, 11:43

Almaniya Federativ Respublikasında (AFR) bir gündə yeni koronavirusa yoluxanların sayı daha 738 nəfər artıb, 39 insan ölüb.

BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, AFR-də bütün vaxt ərzində virusa 181 196 yoluxma qeydə alınıb. COVID-19-dan 8 489 pasiyent ölüb. Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 165 minə yaxın pasiyent sağalıb.

Almaniyada koronavirusa ən çox yoluxma halları Bavariya da qeydə alınıb. Burada 46 854 nəfər COVID-19-a yoluxub. Şimal Reyn-Vestfaliya da 37 910Baden-Vürtemberqdə 34 718 nəfər virusdaşıyıcısı hesab edilir. Berlində koronavirusa 6 767 yoluxma qeydə alınıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

FACEBOOK ŞƏRH YAZ