• Dünya • Səhiyyə • Gündəm

ABŞ ÜST-lə bütün əlaqələrini kəsdi

157
29-05-2020, 23:59

ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün əlaqələrini dayandırır.

BAKU.NEWS xəbər verir ki, bu barədə Prezident Donald Tramp Tvitter səhifəsində yazıb.

“Tələb olunan islahatları həyata keçirməkdən imtina etdiyi üçün ÜST-lə əlaqələrimizi bu gündən kəsirik”, - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, ölkəsi təşkilata hər il ayırdığı təxminən 450 milyon dollarlıq vəsaiti dünya səhiyyəsinin digər ehtiyaclarına xərcləyəcək.  

FACEBOOK ŞƏRH YAZ