• Cəmiyyət • Gündəm • Koronavirus

Bu şəxslərin evdə qalması məcburi olacaq

189
29-05-2020, 18:55

"Asiptomatik xəstələrin evdə müalicəsi üçün sənəd hazırlanır".

BAKU.NEWS xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, Bakı şəhərində doluluq faizinin artması bu halı məcburi edə bilər: "Protokollar hazırlanır və sahə poliklinikalarına göndəriləcək. Virus aşkar edilən şəxslərin evdə qalması məcburi olacaq və qaydanı pozanlar cərimələnəcək".

FACEBOOK ŞƏRH YAZ