• Dünya • Şou-biznes • Gündəm

Elvis Preslinin alt paltarı hərraca çıxarılacaq - FOTOLAR

191
29-05-2020, 12:37

Elvis Presli Muzeyi dünyaca məşhur müğənninin alt paltarını satışa çıxaracaq.

BAKU.NEWS xəbər verir ki, qaşlarla bəzədilmiş alt paltarı 30 min funt sterlinq (təxminən 62 min 283 manat) dəyərində hərraca qoyulacaq.

Onun satışa çıxarılmasını gözləyən kolleksiyaçılar müğənninin intim əşyasına sahib olmağı əsl sərmayə kimi dəyərləndirirlər.

Qeyd edək ki, sözügedən alt paltarını Elvisin pərəstişkarlarından biri hazırlayıb. Bu geyimi çox bəyənən ulduz onu tez-tez konsertlərinə də geyinib.

FACEBOOK ŞƏRH YAZ