• Dünya • Texnologiya • Gündəm

Sabahdan Zoom-da yeniliklər olacaq

147
29-05-2020, 20:30

Zoom proqramının yaradıcıları istifadəçiləri xidmətin daha etibarlı versiyasına keçməyə məcbur edirlər. Koronavirus pandemiyası dövründə fenomenal populyarlıq qazanan Zoom video konfrans xidmətinin inkişaf qrupu, istifadəçiləri proqramın daha etibarlı versiyasına keçməyə məcbur edəcək.

Məlum olduğu kimi, Zoom-da aşkarlanan bir neçə boşluqdan sonra təhlükəsizlik mütəxəssisləri tərəfindən proqram ciddi şəkildə tənqid edilmişdir.

BAKU.NEWS xəbər verir ki, vəziyyəti düzəltmək üçün platformanın təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran və məxfilik idarəetməsini yaxşılaşdıran Zoom 5.0 versiyası buraxılıb.

Zoom 5.0 yayım zamanı məlumatları qorumaq üçün 256 bit AES şifrələməsini əlavə edir. Beləliklə, hansısa bir konfransa qatılmaq üçün 30 May 2020-dən Zoom 5.0 və ya daha yeni versiyalardan istifadə etməlisiniz.

FACEBOOK ŞƏRH YAZ