• Texnologiya • Gündəm

YouTube-da We Are One beynəlxalq film festivalına start verilir

133
29-05-2020, 11:43

Bu gün YouTube-da "We Are One" beynəlxalq film festivalına start verilir.

BAKU.NEWS xəbər verir ki, bu barədə Traybeki-nin rəsmi saytı xəbər yayıb.

Növbəti 10 gün ərzində Kann, Berlin, London, Venesiya, Tokio və Sundance də daxil olmaqla dünyanın 21 ən böyük festivalı qlobal kino onlayn-forumunda filmlər nümayiş etdirəcək.

Vahid beynəlxalq festival yaratmaq qərarı koronavirus pandemiyası ilə əlaqədar əksər milli festivalların ləğv edildiyi və ya daha sonrakı tarixə salındıqlarına görə qəbul edilib.

"We Are One" kino festivalı çərçivəsində 35 ölkədən 100-dən çox film, o cümlədən 13 dünya, 31 onlayn premyerası, 23 tam və 57 qısametrajlı, sənədli filmlər, arxiv lentləri və digərləri nümayiş olunacaq. Tamaşaçılar filmləri pulsuz seyr etməkdən əlavə eyni zamanda görkəmli rejissorların çıxışlarını, dünya film bazarının aparıcı mütəxəssisləri ilə müzakirələri dinləyə, bir çox film festivallarında müşayiət olunan rəngarəng şoular və təqdimatlardan zövq ala bilərlər.

FACEBOOK ŞƏRH YAZ