• Dünya • Səhiyyə • Gündəm

İspaniyada son sutkada 182 nəfərdə koronavirus aşkarlanıb

133
29-05-2020, 00:10

Son sutka ərzində İspaniyada 182 nəfərə COVID-19 diaqnozu qoyulub.

BAKU.NEWS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.

Bildirilir ki, epidemiyanın başlanğıcından bəri virusa yoluxanların sayı 237 906-ya çatıb.

Son bir həftədə 38 nəfər virusun qurbanına çevrilib, ümumilikdə isə ölənlərin sayı 27 119 nəfərdir.

Epidemiyanın əvvəlindən bu günədək 123 804 nəfər xəstəxanalara müraciət edib, onlardan 301-i son bir həftədə xəstəxanaya yerləşdirilənlərdir. İntensiv terapiya şöbəsinə indiyədək 11 389, bir həftədə isə 11 nəfər yerləşdirilib.

FACEBOOK ŞƏRH YAZ