• Cəmiyyət • Kriminal • Gündəm

Bakıda kişi gözəllik salonunda işləyən arvadını bıçaqla öldürüb

147
28-05-2020, 21:17

Bakı şəhərinin Sabunçu rayonunda qətl hadisəsi baş verib.

BAKU.NEWS xəbər verir ki, APA-nın xəbərinə görə hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Nuranə Qasımova işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ