• Dünya • Gündəm

Sabahdan Türkiyədə məscidlər açılacaq

148
28-05-2020, 20:02

Mayın 29-dan Türkiyədə məscidlərdə Cümə namazının qılınmasına icazə veriləcək.

BAKU.NEWS xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, Ankara, İstanbul və İzmirdə mayın 29-da Cümə namazına açıq olacaq məscidlərin siyahısı açqlanıb.

Qeyd edək ki, koronavirusla bağlı tətbiq edilən karantin tədbirləri nəticəsində Türkiyədə məscidlərdə toplaşmaq, o cümlədən Cümə namazının qılınması qadağan olunmuşdu.

FACEBOOK ŞƏRH YAZ