• Dünya • Səhiyyə • Gündəm

Almaniyada daha 353 nəfərdə koronavirus aşkarlandı

150
28-05-2020, 04:43

Almaniyada son sutka ərzində daha 353 nəfərdə koronavirus aşkarlanıb, 62 pasiyent vəfat edib. 

BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistikanı aparan Robert Kox Universiteti məlumat yayıb.

Universitetdən bildirilib ki, Almaniyada ümumilikdə 179 717 yoluxma, 8 411 ölüm halı qeydə alınıb, 163 mindən çox insan dünyasını dəyişib.

Daha çox yoluxma halı Bavariya (46 729), Şimali Reyn-Vestfaliya (37 698) və Baden-Vürtemberqdə (34 129) qeydə alınıb. Berlində 6 703 yoluxma halı aşkarlanıb.

FACEBOOK ŞƏRH YAZ