• Dünya • Texnologiya • Gündəm

Dünyanın ən böyük təyyarəsi ilk sınaq uçuşunu edib - VİDEO

866
14-04-2019, 09:15

"Stratolaunch Systems" şirkəti şənbə günü ABŞ-ın qərbində raket daşıyıcılarının havaya buraxılışı üçün nəzərdə tutulan dünyanın ən böyük "Stratolaunch" təyyarəsinin ilk yay sınağını həyata keçirib.
Baku.News TASS-a istinadən xəbər verir ki, sınaq uçuşu Kaliforniya ştatının Mohave səhrası üzərində baş tutub.

İkigövdəli təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə 117 metrdir. Hava gəmisində "Boeing 747" təyyarəsinin altı mühərriki quraşdırılıb.

FACEBOOK ŞƏRH YAZ