• Kriminal • Gündəm • Bölgə

Həmkəndlisinin qoyunlarını oğurlayan saxlanıldı

147
25-05-2020, 20:01

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmkəndlisinə məxsus xırdabuynuzlu heyvanları oğurlayan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, Biləsuvar rayonunun Ağayrı kənd sakini R.İmanov may ayının 24-də polisə müraciət edərək ona məxsus təsərrüfatdan ümumi dəyəri 1120 manat olan 6 baş qoyunun oğurlandığını bildirib. Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin həmkəndlisi İlkin Mustafazadə olduğu müəyyən edilib. Oğurlanmış heyvanlar sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ