• Dünya • Səhiyyə • Gündəm

Koronavirusdan sağalan Dmitri Peskov evə buraxılıb

174
25-05-2020, 20:03

COVID-19-la bağlı xəstəxanaya yerləşdirilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov evə buraxılıb.

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

"Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm", - D.Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi fəaliyyətini evdən davam etdirəcəyini bildirib.

Qeyd edək ki, D.Peskov mayın 12-də koronavirusa yoluxduğunu açıqlamışdı.

FACEBOOK ŞƏRH YAZ