• Cəmiyyət • Şou-biznes • Gündəm

Bakıda “Jara-2020” baş tutacaq: Biletlər artıq satışda - VİDEO

282
23-05-2020, 23:16

Son illərdə Azərbaycanda yay mövsümünün əsas hadisələrindən olan “Jara-2020” beynəlxalq musiqi festivalının başlanmasına iki ay qalır.

BAKU.NEWS Oxu.Az-a istinadən xəbər verir ki, dünyanı cənginə alan təhlükəli koronavirus pandemiyasına baxmayaraq, sözügedən layihə baş tutacaq.

Bunu biletlərin artıq satışa çıxarılması sübut edir. Planlaşdırıldığına görə, festival iyulun 29-dan avqustun 2-nə qədər paytaxtın “Sea Breeze” istirahət kompleksində keçiriləcək.

Beləliklə, 70 gündən sonra “Jara-2020” beş gün öz hərarəti, möhtəşəm ulduz paradı və onların bir-birindən rəngarəng şouları ilə tamaşaçıların qəlbini isidəcək.
Bənzərsiz “Jara-2020” beynəlxalq musiqi festivalına biletləri “iticket.az” saytından onlayn əldə etmək mümkündür.

FACEBOOK ŞƏRH YAZ