• Dünya • Səhiyyə • Turizm • Gündəm

İyul ayında İspaniya sərhədlərini xarici turistlərə açacaq

226
23-05-2020, 23:01

İyul ayından etibarən İspaniya sərhədlərini xarici turistlərə açacaq.

BAKU.NEWS-un "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez deyib. 

"Bildiyiniz kimi, İspaniya ildə 80 milyondan çox turist qəbul edir. İyul ayından etibarən İspaniyanın təhlükəsizlik baxımından xarici turizmə açılacağını elan edirəm. Xarici turistlər tətillərini ölkəmizdə planlaşdırmağa başlaya bilərlər.

İspaniyanın turizmə ehtiyacı var və turizm üçün də təhlükəsizlik vacibdir. Turistlərin heç bir risklə üzləşməyəcəyinə və ölkəmizə heç bir risk gətirməyəcəyinə zəmanət verəcəyik. Bu gün hər kəsə bir mesaj göndəririk: İyuldan etibarən İspaniya sizi gözləyir", -deyə Baş nazir qeyd edib.
 
O, həm də ölkə vətəndaşlarını İspaniyada tətil planlamağa çağırıb. 

FACEBOOK ŞƏRH YAZ