• Hadisə • Gündəm

Bakının mərkəzində ağac avtomobillərin üzərinə aşdı

148
23-05-2020, 18:00

Güclü külək səbəbindən Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.

Bu barədə BAKU.NEWS-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Qurum sürücülərə bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olmalarını tövsiyə edib:
"İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin". 

BNA bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını xahiş edib. 

FACEBOOK ŞƏRH YAZ