Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkasında 100-ə yaxın fermer iştirak edir.
BAKU.NEWS-un məlumatına görə, bu barədə ASC-nin mətbuat katibi Mayis Musayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 23-24 may tarixlərində davam edəcək yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edir.
"Yarmarkada 70-ə yaxın adda kənd təsərrüfatı mallarının satışı həyata keçirilir", - deyə M. Musayev qeyd edib.
“Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
"Xüsusi karantin rejimi ilə əlaqədar yarmarkada fəaliyyət göstərən fermerlər əlcək və tibbi maskalarla təmin edilib, yarmarkanın girişində isə xüsusi dezinfeksiya üçün məhlul yerləşdirilib".
Xatırladaq ki, “Kənddən şəhərə” Ramazan yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı);
Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı);
Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı.
• İqtisadiyyat
• Gündəm
Bakıda Ramazan yarmarkası keçirilir - FOTOLAR

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Azad Rəhimovun komaya düşmə xəbərinə nazirlikdən açıqlama gəldi - YENİLƏNİB
-
İctimai nəqliyyat iki gün işləməyəcək
-
Ermənistanın baş virusoloqu ölkədən qaçdı
-
Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?
-
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
-
Bill Qeyts koronavirusa qarşı peyvənd olundu
-
Baş Prokurorluq Masallıdakı əməliyyatla bağlı məlumat yaydı
-
Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək
-
Masallıda xəstəxanada əməliyyat keçirildi - Baş həkim saxlanıldı
-
Türkiyə daha bir ölkə ilə uçuşları dayandırdı
-
İnam Kərimov 13-cü Berlin Konfransında iştirak edib - FOTO
-
Yaqub Mahmudov vəzifəsindən azad edildi