• Siyasət • Dünya • Gündəm

Tramp koronavirus peyvəndi üçün 3 aylıq maaşını ianə etdi

199
23-05-2020, 09:44

ABŞ Prezidenti Donald Tramp COVID-19-a qarşı dərmanın hazırlanması üçün üç aylıq maaşını ayırıb. 

BAKU.NEWS bildirir ki, bu barədə “TASS” xəbər verib.

Onun sözlərinə görə, o, peyvəndin hazırlanması üçün 100 min dollar məbləğində ianə edib. Pul Səhiyyə Nazirliyinə və sosial xidmətlərə koronavirusun müalicəsi və qarşısının alınması məqsədi ilə yeni dərmanların hazırlanmasında səylərin dəstəklənməsi üçün göndərilib.

Bundan əvvəl də, dövlət başçısı 2019-cu ilin dördüncü rübündə koronavirusla mübarizəyə öz əmək haqqısını vermişdi.

FACEBOOK ŞƏRH YAZ