• Dünya • Texnologiya • Gündəm

“Nokia” rekorda imza atıb

157
23-05-2020, 11:36

Finlandiyanın "Nokia" şirkəti "5G" şəbəkələrində məlumatların ötürülmə sürətinə görə dünya rekorduna imza atıb.

BAKU.NEWS ictnews.az-a istinadən bildirir ki,  "Nokia" şirkəti Texas ştatında yerləşən Dallas şəhərində məlumatların ötürülmə sürətinə görə rekorda imza atıb.

Nəticədə ABŞ-ın nəhəng operatorlarının kommersiya şəbəkələrinin baza stansiyalarının avadanlıqlarında aparılmış sınaqlar zamanı 4,7 Qbit/san sürət əldə edilib. Bu, "EN-DC" ikiqat texnologiyasının bütün tarixi ərzində ən yüksək sürətdir.

Şirkətdən bildirilib ki, belə rekorda imza atılması ABŞ-ın ərazisində "5G"-nin inkişafı üçün vacib mərhələdir.

FACEBOOK ŞƏRH YAZ