• Hadisə • Gündəm

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

129
23-05-2020, 09:25

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə Təbriz küçəsində baş verib.

1951-ci il təvəllüdlü Quliyeva Bella Yevdakimovnanı naməlum avtomobil vurub. Avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Yaralı qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

FACEBOOK ŞƏRH YAZ