• Hadisə • Gündəm • Bölgə

İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün - VİDEO

280
22-05-2020, 22:23

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.  

BAKU.NEWS Yenisabah.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.  

Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.  

“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, - məlumatda qeyd olunub. 

Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. Xəbərdə o da vurğulanır ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.  

İcra başçısı onun özəlləşdirərək özünə ev edib.

FACEBOOK ŞƏRH YAZ