• Dünya • Hadisə • Gündəm

Pakistanda 100-dən çox sərnişinin olduğu təyyarə qəzaya düşdü - VİDEO

183
22-05-2020, 14:25

Pakistan Hava Yollarına məxsus “Airbus 320” tipli sərnişin təyyarəsi Karaçi Hava limanında qəzaya düşüb.

BAKU.NEWS-un “Arab News Pakistan”a istinadən verdiyi xəbərə görə, Lahor-Karaçi reysini həyata keçirən təyyarənin göyərtəsində 95 sərnişin və 8 ekipaj üzvü olub.

Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.
Yerli sakinlər təyyarənin yaşayış binasının üzərinə düşdüyünü bildiriblər.

Qəza yerində mülki rəhbərliyə və yanğınsöndürmə briqadasına kömək etmək üçün ordunun çevik mübarizə qüvvələri göndərilib.

FACEBOOK ŞƏRH YAZ