• Dünya • İqtisadiyyat • Gündəm

“Wizzair” Gürcüstana uçuşları bərpa etməyə hazırdır

156
22-05-2020, 11:47

Macarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti Gürcüstana uçuşları bərpa etməyə hazır olduğunu təsdiqləyib.

Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, aviaşirkət artıq Vilnüs-Kutaisi istiqaməti üzrə birbaşa uçuşların bərpasına hazırdır.

N.Turnava qeyd edib ki, Baltikyanı ölkələr arasında hava əlaqəsi artıq bərpa olunub: “Gürcüstan bu ölkələrin hər biri ilə turist səfərlərini bərpa etməyə hazırdır”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə hazırlaşır. Artıq 20-dən artıq aviaşirkətlə Gürcüstana uçuşların bərpası ilə bağlı razılıq əldə olunub.

FACEBOOK ŞƏRH YAZ