• Hadisə • Gündəm

Rayondan gəlib Bakıda heroinlə yaxalandı

118
22-05-2020, 10:20

Bakıda Şamaxı rayon sakinindən narkotik maddə götürülüb.

BAKU.NEWS-un məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşları birgə əməliyyat tədbirləri keçiriblər. Nəticədə Şamaxı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 234 və 150-ci maddələri ilə məhkum olunmuş 33 yaşlı Zamiq Cəbiyevdən 1.208 qram heroin aşkar olunaraq götürülüb.

FACEBOOK ŞƏRH YAZ