• Hadisə • Gündəm

Sumqayıtda intiharın qarşısı alındı

116
22-05-2020, 09:07

Sumqayıt şəhərində intihar etmək istəyən şəxs xilas edilib.

BAKU.NEWS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

FACEBOOK ŞƏRH YAZ