• Hadisə • Gündəm

Meşədə 12 yaşlı oğlan itkin düşdü - Azərbaycanda

116
22-05-2020, 09:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub. 

BAKU.NEWS xəbər verir ki, nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.

FACEBOOK ŞƏRH YAZ