• Cəmiyyət • Sosial • Gündəm

Azərbaycanda polietilen torbaların satışı qadağan edilir

337
21-05-2020, 18:36

"Polietilen torbalardan istifadə ilə bağlı sənədlər hazırdır. Dövlət qurumlarının müsbət rəyindən sonra sənədlər qüvvəyə minəcək".

BAKU.NEWS xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması sənəddə öz əksini tapıb.

FACEBOOK ŞƏRH YAZ