• İqtisadiyyat • Gündəm

Xaricə satılan neftin həcmləri məlum oldu

149
21-05-2020, 12:47

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 10,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

BAKU.NEWS Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 106 min ton azdır.

Neft-kondensatın 9,8 mln. tonu konsorsium, 409 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.

FACEBOOK ŞƏRH YAZ