• Hadisə • Gündəm

Keçmiş məhkum oğurluğa görə tutuldu

121
21-05-2020, 12:15

Bakıda kompüter salonundan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, mayın 19-da rayon ərazisindəki kompüter salonlarının birindən 3 ədəd oyun aparatı oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zəngilan rayon sakinləri E.Cəfərov və əvvəllər məhkum olunmuş R.Allahquliyev saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə ilə onların mayın 17-də daha 1 kompüter salonundan 650 manat dəyərində oyun aparatları və diskləri oğurlamaları da müəyyən edilib.

FACEBOOK ŞƏRH YAZ