• Səhiyyə • Cəmiyyət • Hadisə • Gündəm

Azərbaycanlı həkim 100 yaşlı qocanın həyatını belə xilas etdi - VİDEO

122
21-05-2020, 11:35

Gürcüstan vətəndaşı, İkinci Dünya Müharibəsi veteranı 100 yaşlı Bayram Bayramov Bakıda həyətdə gəzərkən yıxılıb.

BAKU.NEWS xəbər verir ki, sağ bud boynunu sındıran ağsaqqal tanınmış travmatoloq-ortoped Sənan Aşirova müraciət edib.

Doktor Aşirov dərhal 100 yaşlı Bayram Bayramovu əməliyyata alaraq sağ tərəfli bud-çanaq endoprotezi qoyulub. Sənan Aşirov bildirib ki, əməliyyatın səhərisi günü Bayram Bayramov yeriməyə başlayıb. Uğurlu əməliyyat və müalicədən sonra evə buraxılıb.

FACEBOOK ŞƏRH YAZ