• Dünya • Kriminal • Gündəm

Bağdadinin varisi Kardaş həbs edildi

163
21-05-2020, 07:54

İraq xüsusi xidmət orqanları İŞİD-in öldürülən rəhbəri Əbubəkr əl-Bağdadinin xələfi Əbdül Naser Kardaşın ələ keçirildiyini elan edib.

BAKU.NEWS xəbər verir ki, bu barədə “TASS” “Alsumaria” telekanalına istinadən xəbər yayıb. Həbsin etibarlı mənbənin verdiyi məlumat əsasında gerçəkləşdiyi qeyd olunub.

Qeyd edək ki, İŞİD-in yeni lideri sayılan Kardaşın əsl adı Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maulyadır. O, 1976-cı ildə İraqın Tall-Afare şəhərində türkmən ailəsində anadan olub. “Əl-Qaidə” terror qruplaşmasının üzvü olub. Məlumatlara görə, Kardaş Bağdadi ilə 2004-cü ildə Amerikanın İraqdakı Kemp-Bukka həbsxanasında tanış olub. Kardaş İŞİD-in ideoloqlarından hesab olunur və əməliyyatların təşkilində yaxından iştirakı ilə tanınır. O, 2015-ci ildən ABŞ-ın terrorçular siyahısındadır. ABŞ onun tutulması üçün 5 milyon dollar pul mükafatı ayırmışdı.

Xatırladaq ki, əl-Bağdadinin 2019-cu ilin oktyabrında öldürüldüyü elan edilib.

FACEBOOK ŞƏRH YAZ