• Dünya • İdman • Gündəm

Türkiyə Super Liqası bu tarixdə başlayacaq

389
21-05-2020, 00:55

Koronavirus pandemiyası səbəbindən dayandırılan Türkiyə Superliqası iyunun 12-də bərpa olunacaq.

BAKU.NEWS xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir açıqlama verib.

TFF rəhbəri bildirib ki, elitada çıxış edən 18 komanda çempionatın sözügedən tarixdə yenidən başlaması üçün ortaq razılığa gəlib. O, yekun qərarın mayın 28-də veriləcəyini söyləyib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.

FACEBOOK ŞƏRH YAZ