• İdman • Səhiyyə • Gündəm

“Azərbaycanda heç bir idmançı koronavirus şübhəsi ilə test edilməyib” - GİN

456
20-05-2020, 15:44

Gənclər və İdman Nazirliyi Azərbaycanda idmançılarında koronavirusa yoluxma halının qeyd alınmadığını açıqlayıb. 

BAKU.NEWS xəbər verir ki, qurum yaydığı məlumatda COVİD-19 şübhəsi ilə heç bir idmançı haqqında informasiya almadıqlarını bildirib: 

“Karantinin  elan olunmasından öncə Azərbaycanda yaşayan idmançılar təlim məşq toplantılarından, yarışlardan vətənə qayıdıblar. Karantin dönəmində onlar evdə olublar. Federasiya tərəfindən  nazirliyə mütəmadi olaraq idmançıların sağlamlığı ilə bağlı hesabatlar daxil olurdu. Nazirlik tərəfindən federasiyalara ehtiyac olacağ təqdirdə testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu haqda məlumat verilib. Bu günə COVID 19-la bağlı şübhəli heç bir idmançı haqqında məlumat daxil olmayıb”.

FACEBOOK ŞƏRH YAZ