• Dünya • Səhiyyə • Gündəm

Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

137
20-05-2020, 13:56

Dünya üzrə koronavirusa yoluxanların sayı 5 000 630 nəfərə çatıb.

BAKU.NEWS worldometer.info-ya istinadən xəbər verir ki, 213 ölkədə yayılan koronavirus pandemiyası bu günə qədər 325 156 nəfərin həyatına son qoyub. 1 970 978 nəfər infeksiya ilə mübarizədən qalib çıxıb.

Yoluxma və ölüm hallarına görə ABŞ ilk sırada yer tutur. Burada 93 533 nəfər dünyasını dəyişib, 1 570 583 nəfər isə koronavirusa yoluxub.

ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr: Rusiya (308 705 yoluxma, 2 972 ölüm), İspaniya (278 803 yoluxma, 27 778 ölüm), Böyük Britaniya (248 818 yoluxma, 35 341 ölüm), İtaliya (226 699 yoluxma, 32 169 ölüm), Braziliya (271 885 yoluxma , 17 983 ölüm).

FACEBOOK ŞƏRH YAZ