• Şou-biznes • Gündəm

Çəkiliş qrupunu spirtləməmiş evinə buraxmadı - VİDEO

128
20-05-2020, 13:04

Aparıcı Günay Firudinqızı Xalq artisti Məleykə Əsədovanın maraqlı görüntülərini paylaşıb. Belə ki, o, “Ulduzlu yayım” proqramının çəkilişi üçün aktrisanın evinə getdiyini, sənətçinin onlardan gigiyenik qaydalara riayət etməyi tələb etdiyini bildirib.

BAKU.NEWS xəbər verir ki,  ATV-nin komandasını qapıda qarşılayan Xalq artisti sosial məsafəni qoruyub, heyətin əllərini spirtləyib.

Günay sözügedən görüntülərə “Siz də gələn qonağı spirtləyirsiniz, yoxsa evinizə gələn yoxdur? Karantin hamını bir-birinə həsrət qoydu”,- deyə şərh verib.

“Hamı bir-bir əlini spirtləsin. Küçədən gəlmisiz, kamera və digər şeylərə toxunmusuz. Bu, özgə üçün yox, özümüzə lazımdır”,- deyə Əsədova qeyd edib.

FACEBOOK ŞƏRH YAZ