• Dünya • Səhiyyə • Gündəm

Ermənistanda küçəyə tibbi maskasız çıxanlar cərimələnəcək

190
20-05-2020, 09:14

Ermənistanda küçəyə tibbi maskasız çıxan vətəndaşlar 10 min dram (təxminən 20 ABŞ dolları-red) məbləğində cərimə olunacaqlar.

BAKU.NEWS xəbər verir ki, bununla bağlı qərarı ölkə parlamenti qəbul edib.

"Küçədəki vətəndaşları tibbi maskaların olmamasına görə 10 000 dram məbləğində cərimələməyi təklif edirik. Bu o demək deyil ki, tibbi maskanı açıq havada geymək lazımdır, qoruyucu maskanı yanında gəzdirmək lazımdır", - Ermənistanın ədliyyə nazirinin müavini Vaqe Danielyan təqdim edilmiş qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, son aylar ərzində tətbiq edilən cərimələr təkrar gözdən keçiriləcək. 10 min dramdan yuxarı cərimə ödəmiş vətəndaşlara kompensasiya veriləcək.

Daha əvvəl fövqəladə vəziyyət rejiminin pozulmasına görə cərimələr, 100-250 min dram (200-500 ABŞ dolları-red) təşkil edirdi.

FACEBOOK ŞƏRH YAZ