• Turizm • Gündəm

Turizm müəssisələrinə giriş pulsuz olacaq

260
19-05-2020, 17:10

Dövlət Turizm Agentliyi xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması, Ramazan bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daxili turizmin inkişafına dəstək məqsədilə mayın 19-dan iyunun 2-dək tabeliyində olan bir neçə turizm müəssisəsinə girişi ödənişsiz edir.

Bu barədə BAKU.NEWS-a qurumdan məlumat verilib.

Bildirilir ki, ziyarətçilər aşağıda adları qeyd olunan turizm obyektlərinə sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ödənişsiz daxil ola bilərlər:

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;

Şəki Tarix-Diyarşünaslıq Muzeyi;

Şəki Xalq Tətbiqi Sənəti Muzeyi.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarını rəhbər tutularaq mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, o cümlədən qalereya və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

FACEBOOK ŞƏRH YAZ