• Siyasət • Texnologiya • Gündəm

“ABŞ dünyanın ən böyük haker imperiyasıdır” - Çin Xarici İşlər Nazirliyi

147
19-05-2020, 13:36

"Dünyanın ən böyük haker imperiyası olan ABŞ İnternetdə qlobal miqyaslı izləmə həyata keçirir, Vaşinqton bu hərəkətləri dərhal dayandırmalıdır".

BAKU.NEWS xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan brifinq zamanı deyib. O "Apple" şirkətini Çin və Rusiya ilə əməkdaşlıq edərək insanları izləməkdə günahlandıran ABŞ Baş Prokuroru Uilyam Barrın iddialarına münasibət bildirib.

"Əslində, şəbəkədəki ən böyük qlobal izləmə və məlumat oğurluğu həyata keçirən Amerika Birləşmiş Ştatlarıdır. ABŞ dünyanın ən böyük haker imperiyasıdır." O  ABŞ-ı rəqəmsal əsrdə məxfilik hüququ ilə bağlı BMT-nin müvafiq qətnamələrinə əməl etməyə və İnternetdə geniş miqyaslı qlobal izləməni dərhal dayandırmağa çağırıb.

"Biz həmçinin ABŞ rəsmilərini Çinə böhtan atmağa da son qoymağa çağırırıq",-deyə Çjao Liszyan bildirib.

FACEBOOK ŞƏRH YAZ