• Hadisə • Kriminal • Gündəm

Bu görüntüləri yayılan avtoxuliqan həbs edildi - VİDEO

286
18-05-2020, 19:39

Paytaxtın Binəqədi rayonu dövlət qeydiyyat nişanı olmadan “Ravon” markalı  nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər  araşdırılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.NEWS-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini 1987-ci il təvəllüdlü Zahir Zalov dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə, Binəqədi qəsəbəsində avtoxuliqanlıq hərəkətlərinə, digər avtomobillərə maddi ziyan vurduğuna görə, ona “saxla” işarəsi verilib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib.

Keçirilən müvafiq tədbirlərlə ərazidə süni sıxlıq yaradılaraq, nəqliyyat vasitəsi saxlanılıb. Sürücü barəsində müvafiq araşdırmalar aparılmaqla, onun barəsində İXM-in 511, 535-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.
Sürücü barəsində toplanan materiallar rayon rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon məhkəməsinin qərarı ilə Z.Zalov bir il sürücülük hüququndan məhrum edilməkə, barəsində 30 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

FACEBOOK ŞƏRH YAZ