• Kriminal • Gündəm • Bölgə

Axtarışda olan qadın oğurluğa görə saxlanıldı - FOTO

202
18-05-2020, 10:16

Qaxda 3 mağazadan müxtəlif əşyalar və qadına məxsus əl çantası oğurlayan şəxs saxlanılıb. 

BAKU.NEWS DİN-ə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən şəxsin Ağdam şəhər sakini Yaqut İbrahimova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. 

Y.İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum olunduğu və hal-hazırda təqsirləndirilən şəxs kimi axtarışda olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ