• Dünya • Hadisə • Kriminal • Gündəm

Qarət olunan şəxs quldurların maşınını darmadağın etdi - VİDEO

206
17-05-2020, 10:52

Rusiyanın Sankt-Peterburq şəhərində qəribə hadisə baş verib.

BAKU.NEWS RT-yə istinadən xəbər verir ki, avtomobillərə texniki xidmət müəssisəsinin direktoru onu qarət edənlərin maşınını darmadağın edib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, travmatik tapança ilə silahlanmış üç quldur avtoservisin şüşələrini sındırıblar və içəridən seyf oğurlayıblar.

Quldurları saxlamağa çalışan direktor yaxında olan VAZ markalı avtomobilə əyləşərək, cinayətkarların BMW markalı maşınını vurub. Buna baxmayaraq, quldurlar hadisə yerini tərk edə biliblər.

Onların tutulması barədə hələlik məlumat yoxdur.

FACEBOOK ŞƏRH YAZ