• Mədəniyyət • Gündəm

Koreyalı müğənni "Dağlar qızı Reyhan" oxudu - VİDEO

466
16-05-2020, 18:32

Koreyalı gənc müğənni Joey Youngmi Azərbaycan mahnısı "Dağlar qızı Reyhan"ı öz dilində  ifa edib.

BAKU.NEWS xəbər verir ki, mahnıya klip çəkdirən müğənni bu ifasını dünya şöhrətli müğənni Rəşid Behbudovun xatirəsinə həsr edib.

Qeyd edək ki, 1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov tərəfindən yazılan "Dağlar qızı Reyhan" mahnısının ilk ifaçısı Rəşid Behbudov olub.

FACEBOOK ŞƏRH YAZ