• Dünya • İdman • Gündəm

“Avrokubokları başa çatdırmaq planımız var” - UEFA prezidenti

431
15-05-2020, 14:13

UEFA-nın prezidenti Aleksander Çeferin “bein Sports”a açıqlama verib.

BAKU.NEWS xəbər verir ki, sloveniyalı funksioner avrokuboklarda mövsümün bərpası haqda danışıb:

“Avrokuboklarda mövsümü başa çatdırmaq üçün planımız var. Ölkələrin əksəriyyətində liqalar davam etdiriləcək. Bir ölkə, liqaları davam etdirmək istəmirsə, bu, onların öz qərarlarıdı. Yeni mövsümdə avrokuboklarda mübarizə aparmaq istəyənlər, turnirin seçmə mərhələsində oynamalı olacaqlar”.

Koronavirusa görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının avqustun əvvəlində bərpa olunacağı gözlənilir.

FACEBOOK ŞƏRH YAZ