• Turizm • Gündəm • Koronavirus

Sloveniyada karantin rejimi BAŞA ÇATDI

185
15-05-2020, 13:39

Sloveniya koronavirus pandemiyası ilə əlaqədar karantin rejimini başa çatdıran ilk Avropa ölkəsi olub.

BAKU.NEWS-un məlumatına görə, ölkə hökuməti ötən gecədən etibarən epidemiyanın başa çatdığını elan edib.
Qeyd olunur ki, son iki həftə ərzində Sloveniyada yoluxanların sayı gündə 7 nəfərdən çox olmayıb.

Bu gündən etibarən Sloveniyaya gələnlərin karantinə alınması dayandırılır.

Qeyd edək ki, bu günə qədər Sloveniyada 1 464 nəfər virusa yoluxub, 103 nəfər ölüb, 322 nəfərin isə müalicəsi davam edir.

FACEBOOK ŞƏRH YAZ