• Sosial • Şou-biznes • Gündəm

“Qadınlar evdən getməklə özlərini ucuzlaşdırır” - VİDEO

126
15-05-2020, 12:00

Müğənni Nadir Qafarzadə müzakirələrə səbəb olacaq açıqlama verib.

BAKU.NEWS-un məlumatına görə, sənətçi ARB kanalında yayımlanan “Elgizlə izlə” proqramında qonaq olarkən şiddətə məruz qalan qadınların evdə oturmalı olduqlarını, tərk etdikləri halda özlərini ucuzlaşdırdıqlarını bildirib:

“Çalışın evdən getməyin. Hər dəfə gedəndə ucuzlaşırsınız. Ya gedin qayıtmayın, ya da getməyin, dözün. Əgər yüz manat qiymətiniz varsa, evdən gedəndə 80-nə, daha sonra 60 manata düşürsüz”.

N.Qafarzadənin bu fikirlərini Elgiz Əkbər dəstəkləsə də, digər aparıcı Pərvanə Tahirqızı sənətçinin fikirlərinin doğru olmadığını qeyd edib.
     

FACEBOOK ŞƏRH YAZ