• Dünya • Səhiyyə • Gündəm • Koronavirus

Çində 91 koronavirus xəstəsi qalıb

140
15-05-2020, 08:57

Çində son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

BAKU.NEWS “İnterfaks”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoluxma hallarının hamısı yerli sakinlər arasında aşkarlanıb (Tszilin əyalətində).

Ölkənin tibb müəssisələrində 91 nəfərin müalicəsi davam etdirilir, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir. 78 mindən çox pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.  

Çində ümumilikdə 82 929 yoluxma, 4 633 ölüm halı qeydə alınıb, 78 195 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. 

FACEBOOK ŞƏRH YAZ