• Mədəniyyət • Gündəm

Karantin günlərində ən çox bu film izlənilib

433
14-05-2020, 12:10

Rusiya mediası koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin günlərində ən çox izlənilən filmlə bağlı sorğu hazırlayıb.

BAKU.NEWS xəbər verir ki, Rusiyada karantin günlərində ən çox "İnfeksiya" filmi izlənilib. Stiven Soderberqin 2011-ci ildə lentə alınan filminin izlənməsi rekord həddə çatıb.

İkinci yerdə Qaya Riçinin "Centlmenlər" filmi dayanıb. Ən çox izlənən üçüncü film isə "Qul" olub.

Siyahıda daha sonra "Kral şir", "Planet 51", "Artur və iki dünyanın müharibəsi" kimi filmlər də yer alıblar.

FACEBOOK ŞƏRH YAZ