• Dünya • Gündəm • Koronavirus

Bu foto koronavirusla bağlı vəziyyəti izah edir

165
13-05-2020, 22:36

Koronavirus pandemiyası ölkələrin əksəriyyətində xüsusi karantin qaydalarının tətbiq olunmasını zəruri hala gətirib.

BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, virusun ən geniş yayıldığı ölkələrdən biri də Fransadır. Ölkə rəhbərliyi ən qısa müddətdə həyatı normal vəziyyətinə gətirməyə çalışsa da, bunun heç də asan olmayacağı görünür.

Fransada bu həftədən etibarən bağçalarda və 1-ci siniflərdə tədris prosesi bərpa olunub. Şagirdlərin məktəb həyətində çəkilən fotoları isə koronavirusla bağlı vəziyyəti gözlər önünə sərir.

Belə ki, onlar özləri üçün dördbucaqlı formada yerlər ayıraraq bir-birilərindən məsafə saxlamaqla oynayırlar.

FACEBOOK ŞƏRH YAZ